Престижный интерьер

Xidmətlərimiz

Xidmətlərimiz

 

İnteryer dizayn

Yaşayış və qeyri-yaşayış obyektlərində interyer dizaynın hazırlanması

Ev və obyektlərinizdə zövgünüzü oxşayan, sizin üçün rahat olan bir ətraf mühit yaratmaq üçün ən vacib faktorlardan biri düzgün interyer dizayndır.

İnteryer dizayn sizin üçün rahat və gözəl yaşayış və ya iş yeri yaratmaqdan əlavə, eyni zamanda obyektinizin sahəsinin ən optimal formada istifadə edilməsini təmin edəcəkdir.

Dizaynerlərimizin təqdim etdiyi interyer dizayn layihələri ilə mühitinizi gözəlləşdirin, həyat standartlarınızı artırın. Hər bir müştəmizin zövgünü oxşayan dizaynlar yaratmaq, onlar üçün rahat və gözəl mühit inşa etmək bizim üçün əvəzolunmazdır.

209886339_290718012810253_2041666115726295689_n.jpg
l5_1547281566.jpg

Eksteryer dizayn

Kreativ eksteryer dizayn layihələrinin hazırlanması.

 

Eksteryer dizayn – binanın xarici görünüşünü cəlbedici edən bir çox detalın birləşməsidir. Bu detalların bir-biri ilə yaxşı birləşməsi, eyni üslubda harmoniya yaratması və ümumi memarlıq fikrini pozmaması çox vacibdir.

Evin fasadı, ətrafdakı mənzərə, ərazidəki digər yardımçı tikililər - bütün bunlar həm ev sahibləri, həm də evə gələn qonaqlar üçün müəyyən bir atmosfer və əhval-ruhiyyə bəxş etməlidir.

Bununla birlikdə, evin xarici görünüşünün özünəməxsus dizaynına əlavə olaraq davamlılığına, etibarlılığına və hava şəraitinə qarşı müqavimətinə də diqqət yetirmək lazımdır.

Arzularınızdaki eksteryer dizayn fikirləri dizaynerlərimizin kreativ idealarıyla birləşdikdə, zövgünüzü oxşayan bir nəticə sizi gözləyəcək. Mütəxəssislərimizin sizin istəklərinizi, torpaq sahəsinin landşaft xüsusiyyətlərini nəzərə alaraq hazırladığı 3D layihələr siə təqdim olunacaq.

 

Təmir

Evinizin və ya obyektinizin peşəkar ustalar tərəfindən təmiri.

 

Ev, villa və ya digər obyektin təmiri çox mühim, diqqət və özəl yanaşım tələb edən bir sahədir.

Bizim mütəxəssislərimiz arzuladığınız təmiri böyük məmnuiyyətlə, qayğıyla yerinə yetirəcək. Təmir işlərində istifadə etdiyimiz materialların keyfiyyəti bizim üçün böyük önəm daşıyır. 

Həyata keçırdiyimiz təmir işləri ilə müştərilərimizin rəğbətini qaznmaq ən böyük uğurumuzdur. Xəyalıınızdakı təmiri tam zamanında Sizə təhvil vermək iş prinsipimizdir.

Qısa bir zamanda zövgünüzə uyğun yüksək keyfiyyətli, stndartlara uyğun, münasib qiymətli təmiri sizə təhvil veririk.

Təmir etdiyimiz hər bir ev bizim üçün çox önəmlidir. Həm gördyümüz işi, həm istifadə etdiyimiz materialların keyfiyyətini hər zaman üst səviyyədə qorumağa çalışırıq.

2.jpg
 
stroitelstvo.jpg

Tikinti

Evlərin, villaların, ofislərin və obyektlərinin tikintisi

 

"Hüseynoğlu inşaat MMC" sizə istənilən üslubda evlərin, vilların və digər obyektlərin tikintisini təmin edir. 

Standartlara cavab verən memarlıq layihəsi əsasında həyata keçirdiyimiz tikinti işlərinin keyfiyyətinə, sürətinə zəmanət veririk. Dəqiqlik və həssaslıqla üzərində işlədiyimiz layihələr professionallığımızın göstəricisidir. Tikinti işlərimizin nəticəsi olaraq müştərilərimizin istəklərinə uyğun inşa edilən, rahat, geniş  ev və obyektləri onlara təqdim edirik.

Tikinti işlərimizdə diqqət etirdiyimiz ən vacib amillərdən biri, istifadə etdiyimiz materialların yüksək keyfiyyətli, standartlara uyğun olması və müasir texnologiyalara cavab verməsidir.

Şirkətimizin peşəkar, təcrübəli ustaları müəyyən olunmuş memarlıq layihəsi əsasında tikinti işlərini operativ və keyfiiyətli şəkildə davam etdirir. Sizi xəyalını qurduğunuz ev və obyektlərə qovuşdurur.

Fəaliyyətimizdə əsas məqsədimiz işimizə diqqət və məsuliyyətlə yanaşaraq, müştərilərimizin məmnuniyyətini qazanmaqdır.

 
 

Layihələndirmə

 

Ev və ya ofisinizin tikintisinin, təmirinin təməlində doğru şəkildə qurulmuş layihələndirmə yer almalıdır.  Zaman itkisinə yol vermədən keyfiyyətli, dözümlü və rahat mühit yaratmaq üçün mütəxəssislərimizin təqdim etdiyi layihələndirmə xidmətini sifariş edin.

Unutmayın ki, təməli düzgün qoyulmuş bina, keyfiyyəti və zahiri görünüşü ilə  fərqlənir. Həm gördüyümüz işlərdə, həm də müştərilərimzlə münasibətlrimizdə möhkəm bünövrə bizim üçün cox önəmlidir!

Şirkətimiz müxtəlif məqsədlər üçün müasir binaların, evlərin və tikililərin inşasına yönəlmiş layihələndirmə işləri həyata keçirir.

Ofis binalarının və ya çoxfunksiyalı binaların memarlıq layihəsi şəhərsalma standartları, ictimai binalar üçün xüsusi tələblər, eyni zamanda iqlim, sanitariya və ətraf mühit standartları nəzərə alınmaqla hazırlanır.

Mütəxəssislərimiz tərəfindən yaradılan bütün layihə sənədləri müasir standartlara cavab verir. Qüsursuz keyfiyyətlə xarakterizə olunur və minimal qiymətə orijinal arxitekturalı binalar tikməyə imkan verir.

2-46-2248436.jpg